SEVİN Kİ, SEVİLƏSİZ....

MƏLUMAT






QOŞMA

Qoşma, söz yaradıcılığında çox geniş yayılmış janrlardan biridir. Mən deyərdim ki, sözün ən  mütəhərrik olduğu şeir  formasıdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə Qoşma deyilir. Qoşma və Gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn:


GÜLSÜN

Bir baxıb, baxmamaq olurmu, gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün...
Qaynayıb, axmamaq olurmu, gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün...
* * *
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün...
* *
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün...

22.05.2015. Bakı.


Burada "gülüm" sözü təkrarlansa da bu misraların sonluğu sərbəstdir.

 













GƏRAYLI

Gəraylı - aşıq şerinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şerə Gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.
Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.


BİLSİN.

Mən dünyaya pis demərəm,

Kim nə deyir özü bilsin...

Dünya sənsən, dünya mənəm,

Aşuqqalar düzü bilsin....

* * *

Kəkələmə, kəlmə üstə,

Kimi altda, kmi üstə,

“Ot da bitər kökü üstə”,

Söz deyənlər sözü bilsin...

* * *

Seçə blmir sazla sözü,

Ayırammır odla közü,

Qarışdırıb suyla buzu,

İz sürənlər izi bilsin...

* * *

Hərə gəzir bir bəhanə,

Bu dünyanın “günahı” nə?

Çoxu bilmir heç kahı nə,

Deyir, bunu qazı bilsin....

* * *

Ustac dəyər verər sözə,

Gücü heç vaxt salmaz dizə,

Dünyadan nə gəlsə bizə,

Arar bizi, bizi bilsin...


25.03.2017.   Bakı.
 


Birinci bənddə ikinci və dördüncü misralardakı " bilsin " sözü həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır. 
İkinci bənddə " üstə ", sözü birinci, ikinci və üçüncü misralarda bir-biri ilə , " bilsin " sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə şair " Ustac dəyər verər sözə ", – deməklə öz təxəllüsünü bildirir.







Müəllif: Zaur Ustac
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ