ƏDƏBİ TƏNQİD



 
ULUSUN  ULUSU
Bəli, mən onu məhz belə adlandırardım. Düşünürəm ki, bu təbir hər cür mübaliğədən uzaq və reala daha yaxındır. O sözün əsl mənasında Gündoğandan Günbatana bütün türk ellərində aşağı-yuxarı bax, mənim bu yazını yazdığım şipşirin ana dilimizdə oxuyub – anlayan bir ulusun şairi, söz adamı, ulusudur. Təbii, onun yazılarını çevirmələr vasitəsi ilə başqa xalqların nümayəndələri də oxuyurlar. Ancaq, onlar bu yazılarla hansı dildə tanış olmalarından asılı olmayaraq, müəllifin kim olduğunu, milli kimliyini anlayırlar. Yahya Azəroğlu məhz hər kəlməsinin sahibi olduğu kimi, onun qələmindən həyat qazanan hər bir söz də öz sahibini tanıdır və ona həyat verəni yaşadır. Yahya Azəroğlu təpədən dırnağa qədər vətən, millət, insan üçün çalışan, yazıb – yaradan söz adamıdır. Onu bütün türk ellərində tanıdan da məhz bu xüsusiyyətidir. Onun vətən, bayraq, vətəndaş, qardaş sevgisi bir başqadır. İstər şeirlərində, istərsə də fiziki – faktiki olaraq dünyanı gəzib dolaşan Yahya Azəroğlu bir elin, bir obanın deyil, məhz bir ulu ulusun ulusu – ozanı, şairi olduğunu aşağıdakı  iki misrasında çox qabarıq, açıq və net şəkildə ifadə etmişdir:
 
“Vatanın aşkıyla çarptı yüreğim,
Her an kızıl elma oldu ereğim…”
Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla  anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Beləki, o lazımı məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüzünlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:
“Yüreğim kan ağlar yurdun haline
Hayalim uzanır Oğuz eline
Maruz kalmış Türk milləti zulüme…”
deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstan acıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh”  şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qəlmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna  şairi, təbliğatçıdır. Xeyir bu əsla belə deyil, o nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik  duyğular yüklü misraların müəllifidir:
“Azeroğlu hayat oldu derbeder
Yaralı gönlümü yıktı bu haber
Pencereden bakanlarla beraber
Perdeler ağladı, tüller ağladı…”
el  ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anlarıdr öz yurddaşına…

Zəngin dünyagörüşünə və eyni zamanda rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindəıdir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyalən dədə-babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxlar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır. O bu yolda, yeni Bilgələrə, Atillalara, …, Atatürklərə , Turqut Özallara  ehtiyac olduğunu anlayır və anladır. Xalq ozanı bir ulu kimi ulusunun harda, hansı məqamda səhv etdiyini tez-tez dəfələrlə özündən soruşur  və bu suala cavab tapmağa çalışır. Sanki, nə etdik ki, bu cəzanı çəkirik sorusu onu heç rahat buraxmır, daim narahat edir, yaradıcılıq boyu izləyir, misralarından boylanır, oxucunu düşündürür. Və qələm dostum, soydaşım Yahya bəy kimi b usual məni də daim düşündürür. Bir Türk kimi, bir müsəlman kimi, bu gözəl dünyanın bir sakini kimi mən də hərdən düşünürəm bu qədər şanlı keçmişi olan bizlər nədən indi bellə zillət içərisindəyik?  Səhvlərimiz  harada, nədə olub? Bütün bu qarmaşıq duyğulardan bir “SƏHVLƏRİMİZ” şeiri qələmə almışam. Yeri gəldiyinə görə onu da bu yazıya əlavə etmək istəyirəm:
SƏHVLƏRİMİZ
Adəmlə başladıq səhv eyləməyə,
Bir alma dəyişdi qədərimizi…
Sevinci bölməyə dost axtarmadıq,
Paylaşmaq istədik kədərimizi…
* * *
Səhv bir mi, iki mi, sayasan bir-bir…
Səhvi səhv üstünə yığdıq hər zaman…
Zaman çox dəyişdi, dəyişdi nə var,
Ancaq, xasiyyətin dəyişmir insan…
* * *
Kağız bəxş eylədi, yazaq, oxuyaq,
Öpüb göz üstünə qoyurduq onu…
Ayaq uzatmağı günah bilirdik,
(Ağız, burun sildik, bəs eyləmədi…)
İndi haralara vurmuruq onu???
* * *
Dəyərlər aradan çıxır birbəbir,
Çörək də müqəddəs sayılmır daha…
Səhvlər qalaq-qalaq yığılır, artır,
Bədəllər ödənir ömürdən baha…
* * *
Bakir yox, bəkarət axtara indi,
Xeyir – bərəkət də çəkilib ərşə…
Dədədən, babadan qalma inanclar,
Ucqar bir komada bükülüb fərşə…
* * *
Ulaqla yabıdan döl tutan insan,
Heyvanı bitkiyə calaq eylədi…
Siçanla, pişiklə izdivac edib,
Gül kimi övrətin talaq eylədi…
* * *
Olub keçənlərin yazsaq hamısın,
Nə qələm tab eylər, nə kağız çatar…
Arif ilk kəlmədən duyar mətləbi,
Boşboğaz boşuna boğazın yırtar…
* * *
Yol-iriz doludu, biz tökən mıxla,
İndi addımbaşı ayağa batır…
Qazana bişməyə nə atmışıqsa,
Bişəndə özünü qaşığa atır…
* * *
Haqqın nizamını heçə sayanlar,
Çox dəqiq nizamın zərrəsiyik biz…
Bu gün qarşımıza çıxar həmişə,
Dünəndən aynaya düşən əksimiz…
07.08.2018. Bakı.
Ancaq, bütün bunlara baxmayaraq biz qələm adamları, xüsusi ilə son dövrlərdə qardaş Türk dövlətlərinin  başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan  danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfiaqə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin!
19.10.2019. Bakı.
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
 
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

A
B
C