"YAZARLAR" j.






“YAZARLAR” JURNALININ  BÜTÜN  SAYLARI

>>>>> “YAZARLAR” JURNALI


Təsisçi və Baş redaktor:
 Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



“SÖZÜN XAQANI” HAQQINDA SÖZ
Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən ba
şlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır.
QISA ARAYIŞ
Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.
Səkkiz kitab müəllifidir.
Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.
Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.
İki övladı var.
Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı  İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və
Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci
dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.



“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi
düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və
yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.”
– Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani - Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan - sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “... Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi... Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . ... Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının "Zöhrə ulduzu" sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm... Tanrı istəyən... ” … “
belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır.
“Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm:
- Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir,
- Romanın həcmi müasir tələblərə tam cavab verir,
- Dili səlisdir və aid olduğu dövrlə səsləşir,
- Tarixilik baxımından zəruri məlumatlarla zəngindir,
- Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar.
Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər.
Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var... Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram.
Zaur Ustac,
şair-publisist.
30.06.2020 – Bakı.













“QIZLARI  QOYMAYIN  ŞEİR  YAZMAĞA

     (Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan  hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun  bu rəzalət və zəlalət dolu dünyada  daha çox əziyyət çəkməsini  rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu  tam subyektiv  bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və  bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm  axtarıb, bu yazını yazım  məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın  deyə  içini boşaltmaq istəyənlər …  Birinci qrup qələm adamlarını  yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə  həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) …  O,  bax elə adına, ruhuna istinad edib,  yazmaq istədiyim  bu yazının da yoluna çıraq tutan “QOYMAYIN  QIZLARI  ŞEİR  YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə  öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu  dəfə  özünün  içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində  Bakı şəhəri,  Xətai rayonunda  yerləşən 64 saylı məktəbdə  keçirilən  Gülşən Mustafanın kitab təqdimatı  zamanı  ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin…  Nəsə  o  səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar  müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək  çox asanlıqla tapıb oxuya bilərlər.  Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda  istinad etmişəm):

 

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə  qədər  içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur.  Və “…mən bilirəm, bu nə deməkdir…”  onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin,  hələ “beş dərdindən biri”  olsa da,  el-aləmə faş olmasın…  Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən  keçirmiş, yaşamış  insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına  rəva görməyən  yazarın, seçilmiş  müdrik bəndənin,  ilahi məqamdan  söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan  (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə  Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə  həmişə  bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri  də eyni qəbildən olan sənət əsərləridir.  Bəlkə də  mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları  narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə  düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib…  Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu  şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,

Elə ad vein ki, bəxti yar olsun!

Ya Humay çağırın, ya Sona deyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Sükeydə, Fəğanə, adı verməyin,

Bəxtinin yoluna “cadu” hörməyin,

Uğurlu bir adı əsirgəməyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Adı elə seçin, Aydan bac alsın,

Ayağı  zəmində, göyə ucalsın,

Adıyla qarıyıb, xoşbəxt qocalsın,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Əridib gözünün, nurun qarəsin,

Zaur  “Ustac” ilə tapıb çarəsin,

Hamı xoşbəxt istər  ciyərparəsin,

Elə ad verin ki, bəxti yar olsun!

 

Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

Ruhuna sayğılarla:  Zaur Ustac

04.05.2020 – Bakı ş.

YAZARLAR.AZ

====================================================





 
ULUSUN  ULUSU
Bəli, mən onu məhz belə adlandırardım. Düşünürəm ki, bu təbir hər cür mübaliğədən uzaq və reala daha yaxındır. O sözün əsl mənasında Gündoğandan Günbatana bütün türk ellərində aşağı-yuxarı bax, mənim bu yazını yazdığım şipşirin ana dilimizdə oxuyub – anlayan bir ulusun şairi, söz adamı, ulusudur. Təbii, onun yazılarını çevirmələr vasitəsi ilə başqa xalqların nümayəndələri də oxuyurlar. Ancaq, onlar bu yazılarla hansı dildə tanış olmalarından asılı olmayaraq, müəllifin kim olduğunu, milli kimliyini anlayırlar. Yahya Azəroğlu məhz hər kəlməsinin sahibi olduğu kimi, onun qələmindən həyat qazanan hər bir söz də öz sahibini tanıdır və ona həyat verəni yaşadır. Yahya Azəroğlu təpədən dırnağa qədər vətən, millət, insan üçün çalışan, yazıb – yaradan söz adamıdır. Onu bütün türk ellərində tanıdan da məhz bu xüsusiyyətidir. Onun vətən, bayraq, vətəndaş, qardaş sevgisi bir başqadır. İstər şeirlərində, istərsə də fiziki – faktiki olaraq dünyanı gəzib dolaşan Yahya Azəroğlu bir elin, bir obanın deyil, məhz bir ulu ulusun ulusu – ozanı, şairi olduğunu aşağıdakı  iki misrasında çox qabarıq, açıq və net şəkildə ifadə etmişdir:
 
“Vatanın aşkıyla çarptı yüreğim,
Her an kızıl elma oldu ereğim…”
Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla  anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Beləki, o lazımı məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüzünlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:
“Yüreğim kan ağlar yurdun haline
Hayalim uzanır Oğuz eline
Maruz kalmış Türk milləti zulüme…”
deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstan acıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh”  şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qəlmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna  şairi, təbliğatçıdır. Xeyir bu əsla belə deyil, o nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik  duyğular yüklü misraların müəllifidir:
“Azeroğlu hayat oldu derbeder
Yaralı gönlümü yıktı bu haber
Pencereden bakanlarla beraber
Perdeler ağladı, tüller ağladı…”
el  ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anlarıdr öz yurddaşına…

Zəngin dünyagörüşünə və eyni zamanda rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindəıdir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyalən dədə-babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxlar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır. O bu yolda, yeni Bilgələrə, Atillalara, …, Atatürklərə , Turqut Özallara  ehtiyac olduğunu anlayır və anladır. Xalq ozanı bir ulu kimi ulusunun harda, hansı məqamda səhv etdiyini tez-tez dəfələrlə özündən soruşur  və bu suala cavab tapmağa çalışır. Sanki, nə etdik ki, bu cəzanı çəkirik sorusu onu heç rahat buraxmır, daim narahat edir, yaradıcılıq boyu izləyir, misralarından boylanır, oxucunu düşündürür. Və qələm dostum, soydaşım Yahya bəy kimi b usual məni də daim düşündürür. Bir Türk kimi, bir müsəlman kimi, bu gözəl dünyanın bir sakini kimi mən də hərdən düşünürəm bu qədər şanlı keçmişi olan bizlər nədən indi bellə zillət içərisindəyik?  Səhvlərimiz  harada, nədə olub? Bütün bu qarmaşıq duyğulardan bir “SƏHVLƏRİMİZ” şeiri qələmə almışam. Yeri gəldiyinə görə onu da bu yazıya əlavə etmək istəyirəm:
SƏHVLƏRİMİZ
Adəmlə başladıq səhv eyləməyə,
Bir alma dəyişdi qədərimizi…
Sevinci bölməyə dost axtarmadıq,
Paylaşmaq istədik kədərimizi…
* * *
Səhv bir mi, iki mi, sayasan bir-bir…
Səhvi səhv üstünə yığdıq hər zaman…
Zaman çox dəyişdi, dəyişdi nə var,
Ancaq, xasiyyətin dəyişmir insan…
* * *
Kağız bəxş eylədi, yazaq, oxuyaq,
Öpüb göz üstünə qoyurduq onu…
Ayaq uzatmağı günah bilirdik,
(Ağız, burun sildik, bəs eyləmədi…)
İndi haralara vurmuruq onu???
* * *
Dəyərlər aradan çıxır birbəbir,
Çörək də müqəddəs sayılmır daha…
Səhvlər qalaq-qalaq yığılır, artır,
Bədəllər ödənir ömürdən baha…
* * *
Bakir yox, bəkarət axtara indi,
Xeyir – bərəkət də çəkilib ərşə…
Dədədən, babadan qalma inanclar,
Ucqar bir komada bükülüb fərşə…
* * *
Ulaqla yabıdan döl tutan insan,
Heyvanı bitkiyə calaq eylədi…
Siçanla, pişiklə izdivac edib,
Gül kimi övrətin talaq eylədi…
* * *
Olub keçənlərin yazsaq hamısın,
Nə qələm tab eylər, nə kağız çatar…
Arif ilk kəlmədən duyar mətləbi,
Boşboğaz boşuna boğazın yırtar…
* * *
Yol-iriz doludu, biz tökən mıxla,
İndi addımbaşı ayağa batır…
Qazana bişməyə nə atmışıqsa,
Bişəndə özünü qaşığa atır…
* * *
Haqqın nizamını heçə sayanlar,
Çox dəqiq nizamın zərrəsiyik biz…
Bu gün qarşımıza çıxar həmişə,
Dünəndən aynaya düşən əksimiz…
07.08.2018. Bakı.
Ancaq, bütün bunlara baxmayaraq biz qələm adamları, xüsusi ilə son dövrlərdə qardaş Türk dövlətlərinin  başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan  danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfiaqə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin!
19.10.2019. Bakı.
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
 
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

A
B
C
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol