HAQQINDA


====================================================
ZAUR  USTAC  HAQQINDA  PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti...)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.
Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal - azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.
Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur...
Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda... Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur...
Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, - hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, - əzabını, məşəqqətini göz önünə gətirin... Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.
Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!
Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi... Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.
Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.
Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
 
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
 
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm... Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar... ALLAH QORUSUN!

QurbanBayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,
"Fədakar alim" ,"Elm fədaisi",
“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,
"SəmədVurğun mükafatı" laureatı,
1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü
28.04.2020
                                   
 
 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac "Qədimliyə bürünmüş yenilik" (şeirlər).

Qələndər Xaçınçaylı "Taclı şair" (Zaur Ustac haqqında).
 
  
MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:

"TƏZADLAR" qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.

"HƏFTƏ  İÇİ" qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.
 
"ƏDALƏT" qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.



ELEKTRON  QAYDADA:
 
 
 
 
 
 
 
 
 
 
 
 

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

 
====================================================


 
XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
Xəzər deltasında göyqurşağı adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.


Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.
MƏQALƏ DİGƏR MƏNBƏLƏRDƏ:
Məqalə ön söz kimi:
  1. Zaur Ustac, “Xəzər deltasında göyqurşağı”, Bakı, 2022.
Ənənəvi mətbuatda:
  1. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Bütöv Azərbaycan” qəzeti, 20.01.2022, say:  03 (430), s.10.
  2. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Həftə içi” qəzeti, 20-26.01.2022, say:  03 (3419), s.8.
  3. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “ Ədəbiyyat qəzeti”, 22.01.2022, say:  02 (5340), s.25.
  4. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Təzadlar” qəzeti, 25.01.2022, say:  03 (2332), s.13.
Elrktron mənbələrdə:
Mənbə: edebiyyatqazeti.az  Arxiv: archive.vn
Mənbə: hafta.az Arxiv: archive.vn
Mənbə: bitik.az Arxiv: archive.vn
Mənbə: yazarlar.az Arxiv: archive.vn
Mənbə: tezadlar.az Arxiv: archive.vn


YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru
======================================================


SÖZ  BAĞINDA  ÖZ  ÇİÇƏYİ  OLAN  ŞAİR

Adətən, söz adamlarının; yazıçıların, şairlərin əvvəlcə əsərləri ilə, sonra isə özləri ilə tanış olurlar. Ancaq bizdə belə olmadı, biz əvvəlcə tamam başqa, bu sahəyə heç bir aidiyyəti olmayan səbəbdən tanış olduq. Bir-birimizi tanımağa başladıq.

Öncə onu qeyd edim ki, elə ilk söhbətlərdə adi danışıq zamanı da qafiyəli sözlərdən istifadə edən Zaur (o zaman onun «Ustac» təxəllüsü olduğundan xəbərsiz idim) çox gözəl həmsöhbət, istənilən mövzuda mükalimə aparmaq üçün tam münasib bir müsahibdir. Bizim ilk tanışlığımız 2009-cu ilin payızına təsadüf edir. Çox keçmədən mənim qafiyə ilə danışan bu sirli müsahibim “Günaydın” adlı şeirlər kitabını mənə hədiyyə etdi. Bununla da Zaur Ustacla bir söz adamı kimi tanışlığım başladı. Qeyd edim ki, mən də ona Əhməd bəy Ağaoğlu haqqında olan kitabımı hədiyyə etdim. Əhməd bəy Ağaoğlu haqqında da fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırmışdı. “Günaydın”la başlayan şeir çələngləri bir-birini əvəz etməyə başladı.

Bir dəfə o mənə “Bayatılar” adlı yeni kitabını hədiyyə etdi. Kitab Azərbaycan dilində, paralel latın və ərəb qrafikasında yazılmışdı. Bu kitabla Zaurun daha bir qabiliyyəti - ərəb əlifbasını bilməsi və əski əlifba ilə yazmaq bacarığı mənə məlum oldu. “Bayatılar” kitabı cildindən tutmuş, içərisindəkilərə qədər hamısı mükəmməl idi və bir-birini tamamlayırdı. Ümumiyyətlə, Zaur Ustac mənim üçün maraqlı şəxsə çevrilmişdi və hər görüşdə ondan nəsə bir yenilik gözləyirdim. Bu günə qədər də bizim əlaqələr davam edir. Demək olar ki, onun işıq üzü görmüş bütün kitabları məndə var. Onunla həm canlı ünsiyyətdə olmaq, həm də şeirlərini oxumaq mənim üçün maraqlıdır. Onun yazdıqlarını iki istiqamətdə ümumi şəkildə dəyərləndirmək istəyirəm. Birinci, şeir həvəskarı, oxucu kimi. İkinci isə, bir dilçi-filoloq kimi. Şeir həvəskarı və bir oxucu kimi yanaşdıqda, onun yazdıqları həqiqətən oxucunu ovsunlayır. Zaurun xüsusi ibarələrlə, özünəməxsus ifadə vasitələri ilə zəngin şeirlərini oxuduqca, sanki müəllifin özü ilə söhbət edirsən. Onun yazdıqları o qədər səmimi və xalq dilinə yaxındır ki, valeh olmamaq mümkün deyil. Bir mütəxəssis kimi yanaşdıqda isə, görürsən ki, onun şeirləri nə qədər axıcı, yüngül və sadə görünsə də, əslində bir o qədər mürəkkəb, diqqəti cəlb edən, bəzən hətta anlaşılmaz təsiri bağışlayır. Zaur Ustac şeirlərində indi artıq o qədər də yayğın şəkildə işlədilməyən köhnə və eyni zamanda Azərbaycanın olduqca müxtəlif bölgələrinə məxsus şivə sözlərindən istifadə edir. Bəzən bu hal şeirlərin oxunuş və tələffüzünə gözəllik qatsa da, anlaşılmasında çətinliklər yarada bilər.

Məncə, bir yaradıcı şəxs kimi onun ən əsas məziyyəti yenilikçi olması, ölçü və çərçivələrə sığmamasıdır. Zaur Ustac ənənəvi şeir formalarından istifadə etdikdə belə, onun dəst-xətti aydın sezilir. Bütün bunlardan əlavə, artıq ədəbi mühitin nümayəndələrinə yaxşı məlum olan və mətbuatda haqqında geniş müzakirələr gedən “Ustacı” adlandırdığı xüsusi şeir formasında şeirlər yazır. Yuxarıda qeyd etdiyim kimi, onun müəllifi olduğu kitabların çoxu mənim kitabxanamda var. Şeirlərinin çoxu ilə tanışam. Bu yazıda ancaq bir şeirdən söhbət açaraq, onun əsasında Zaurun daxili dünyasına ayna tutmağa və onun təfəkkür tərzinə, sözdən istifadə bacarığına, zəngin biliyinə, geniş dünyagörüşünə bələd olmağa çalışacağam.

Zaur Ustac “Şehçiçəyim” adlandırdığı bu şeirdə təbiətdə mövcud olan Şehçiçəyi adlı çiçəyin təbii - bioloji xüsusiyyətlərindən böyük məharət və ustalıqla istifadə etməklə bu günə qədər adət etdiyimiz formalardan kəskin şəkildə fərqlənən bədii nəzm nümunəsi yaratmışdır:

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim...
Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim...

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...

Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim...


Birinci bəndin ikinci misrasına nəzər salaq:

“Köksündən bal süzən, tər Şehçiçəyim...”

Burada “Köksündən bal süzən” ifadəsində şairin sətiraltı mənada nə demək istəməsindən asılı olmayaraq bu hal təbiətdə mövcud olan Şahçiçəyi adlı çiçəyin öz şikarını cəlb etmək üçün dadlı və ətirli nektar ifraz etməsi məqamı ilə tam uyğunluq təşkil edir.

“Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim...”


Bu halda da eyni ilə yuxarıdakı kimi çiçəyin təbii - bioloji xüsusiyyəti öz əksini bədii dildə tapıb. Şehçiçəyi əlvan rəngli, ətirli ləçəkləri ilə həşaratları cəlb edərək tələyə salır.

“Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim...”


Geniş izahatdan sonra sonu əvvəlcədən məlum olsa da, Şehçiçəyinin qurbanları ləçəklər arasında sıxılaraq məhv olduğu kimi,

“Sonu ölümsə də, gəl, qoynuna al.”

- deyən şair çiçəyin təbii – bioloji xüsusiyyətindən bu məqamda da məharətlə istifadə etmişdir. Şeirdən belə ayrı-ayrı məqamları nəzərinizə çatdırsam da, əslində elə vahid və bütöv şəkildə yazılıb ki, onu belə hissələrə ayırıb izah etməyin tərəfdarı deyiləm. Bu üç bəndlik şeir tam olaraq çox gözəl bir bədii nümunə və söz dünyasında, ədəbiyyat aləmində yenilik kimi qəbul olunmalıdır. Bu günə qədər müxtəlif statuslu söz adamların ədəbiyyata gətirdiyi çoxlu çiçəklər; ağçiçək, bənövşə, nərgiz, yasəmən, lalə və s. olduğu halda Şehçiçəyi çiçəyini, kəlməsini ədəbiyyata ilk dəfə Zaur Ustac gətirib. Həm də bu elə-belə sadəcə söz, kəlmə kimi deyil, çiçəyin bütün təbii- bioloji xüsusiyyətləri nəzərə alınmaqla baş verib. Zaur Ustacın Şehçiçəyi çəmənlikdən dərilərək söz süfrəsini bəzəmək üçün gətirilən çiçəklərə bənzəmir. Əksinə, onun Şehçiçəyi ədəbiyyat bağçasında bitmiş, söz dünyasın dərinliklərinə rişələr atmışdır. Bu səbəbdən o, solmayan bir çiçəkdir. Şairin şeirin əvvəlində özünün qeyd etdiyi kimi:

“Tacısan dünyamda tüm çiçəklərin.”


Və ya ikinci bənddə:

“Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...”


Zaur Ustac özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir. Və o çiçək...
 



Ülviyyə Hüseynova,
filologiya üzrə fəlsəfə doktoru


==========================================================================









ZAUR USTACIN “ƏLİŞ VƏ ANNA” POEMASINDA ƏXLAQİ-MƏNƏVİ DƏYƏRLƏR

“Əliş və Anna” poeması Zaur Ustacın yaradıcılıq pasportudur

ZaurUstacGünaydın” (“Ağçiçəyim”), “İstəməzdim şairolumhələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdudhəyatınməchuldüşüncələri”, “Mumkimiyumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevinki, seviləsiz”, “Qəlbiminaçıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Otuzildirəldə qələm” şeirkitablarının müəllifi, “Qızılqələmmükafatı laueratıdır.
Zamankeçdikcə nəsillərbir-biriniəvəz edir, dünyayagələnhəryeninəsil özkeçmişinə, ta­rixiyaddaşınanəzərsalır. ZaurUstacdakeçmişə, tarixiyaddaşanəzərsalaraq “Əliş və Annapoe­masını görkəmlimemar Şamaxılı Əliş bəySübhanoğluKərəmliirvanininanadanol­ma­sı­nın 700 illiyimünasibətilə qələmə alıb (Bakı: Ustacaz.nəşr, 2018, 67 səh.). Öncə qeydedəkki, poe­­madamənəvixlaqikamilliyə, insanidavranışa çağırış və əxlaqikeyfiyyətlərintəbliğiilə bağ­­lı mövqemüəyyənləşdirilib. “Əliş və Annapoeması özbədii-emosionalvə əxlaqi-estetikmə­­ziyyətləriilə seçilir. Həmçinin, əsərindilitəbii, aydınvə səlisdir.
Poemanı oxuyanzamanZaurUstacı dinivə dünyəvielmlərə dərindənbələdolanbir şairki­mitanıyırıq. Belə ki, poemadaDədə Qorqudun, Şah İsmayılXətainin, İmadəddinNəsiminin, ümu­milikdə, əcdadlarınadının çəkildiyinigörürük.
Doqquzfəsildənibarətolanəsərdə ciddifəlsəfimülahizələrə, sirlərlə doluolangöyhaq­qın­dadərintəsvirvə müqayisələrə rastgəlirik. Göstərilirki, Günəşindonuağ ipəkdən, gün­düz­dənibarətdirsə, Ayındonuisə qaranlıqgecədəndir. Tanrı gecəni, gündüzü elə birhüsnlə ya­rat­mış­dırki, onabənzərikincibiryaradılış olmayıbvə olmayacaqda. Gövhərisapanecə dü­zür­lər­sə, UluTanrı göyə ulduzları eləcə düzmüş, gecəninqarasaçlarınasığal çəkərək, yoxluqtozunusil­miş, varlığı yaratmışdır.
Günəşinsaatı, ayınsaatı,
Çoxdəqiqdöndərirtümkainatı.
Elə qurulubki, nizamməhvəri,
Gecəylə gündüzünsəhvdüşməzyeri.
Zərrədənənböyükulduzaqədər,
Bir “ol”a bağlısa, onda nə kədər...
Həmd olsun Allaha, tanırıq onu,
Hər kəlmə başında anırıq onu (səh.4).
Şair oxucuların varlığın gizli sirləri ilə tanış olmasını istəyir. İstəyir ki, hər insan nə üçün yarandığını, niyə yaşadığını başa düşsün, yaşam mahiyyətini anlasın.
Adil Allahın mərəhəmətindən bəhs edən şair yazır ki, Allah nadir dürdanəsi hesab etdiyi insana bütün canlılardan üstün olaraq ağıl verib. Bütün başqa varlıqlardan fərqli olaraq bizə dü­şün­mək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verib. Hər bir pay sahibi də öz qis­mə­tindən razı qalır.
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb, elə paylayıb,
Hamı qismətindən çox razı qalıb.
Ağlı elə bölüb, verib Yaradan,
Heç kim öz ağlından deyil bədgüman (səh.5).
«Nübuvvət» (Peyğəmbərlik) adlandırılan bölmədə cəhalət qaranlığından dünyaya öz mə­ri­fət günəşi ilə işıq saçan və kainatın son əfəndisi Məhəmməd peyğəmbəri salamlayan şair pey­ğəm­bəri dünya üzüyünün qaşı sayır. Bildiyimiz kimi, Ulu Tanrı Məhəmməd peyğəmbərə gələn vəhyi (gizli səs və ya gizli danışığı) «Qurani-Kərim» adı ilə təxminən 23 il müddətində ta­mam­la­mış­dır. Şair qeyri-adi zəka qüdrətinə malik peyğəmbəri haqlı şəkildə haqq sayır, eləcə də ona son­suz sevgi və minnətdarlığını belə bildirir.
Salam olsun Sənə, ey “Haqqın səsi”,
Cəlal sahibinin seçkin bəndəsi.
Məhəmməd Mustafa (s.ə.v.), Haqqın nəbisi,
Bütün kainatın son əfəndisi.
“Qurani-Kərim”i bizə gətirən,
Haqqın kəlamını bizə yetirən,
Xatəmül-Ənbiya hökm edibdi Haqq,
Höküm sahibinə məxsus hökm, haqq (səh.5).
«İmamət» (imamlıq edən, məzhəb işlərinə rəhbərlik edən) bölməsində isə Həzrəti Əlini nübüvvətdən (peyğəmbərdən) nur alan işıq kimi mədh edir. Şair belə təsvir edir ki, Həzrəti Əli (ə.) Peyğəmbər əfəndimizin eşsiz tərbiyəsi altında böyümüş və onun inanc və davranışlarından dərs almışdır. Məhəmməd Peyğəmbər (s.ə.s.) Adəm peyğəmbərin elmini, Nuh peyğəmbərin hikmətini və İbrahim peyğəmbərin həlimliyinin Həzrəti Əlidə (ə.) cəm olduğunu qeyd edərək buyurur: “Kim istəsə ki, Adəmə (s) – elminə görə, Nuha (s.) – hikmətinə görə, İbrahimə (s.) – hil­minə görə nəzər salsın, o şəxs Əliyyibni Əbu-Talibə baxsın”. Şair elm və hikmət, şücaət və ülviyyət sahibi olan Həzrəti Əlini (ə.) Məhəmməd Peyğəmbərin sözlərinə əsaslanaraq (s.ə.s.) elmin qapısı adlandırır. Rəsuli-Əkrəmin elm haqqında dürüst düsturu belədir: “Mən elmin şəhəriyəm, Əli də o şəhərin qapısıdır. Şəhərə girmək istəyən o qapıdan girsin”. Şair isə Həzrəti Əlinin (ə.) təlimini bəşəri mahiyyət daşıyan təlim adlandırıraq yazır:
Nübuvvət odundan nur alan işıq,
Atadan, babadan belə duymuşuq.
Rəsulun dizinin dibindən çıxan,
Çeşmədir, heç kimə gəlməyib ziyan.
Nümunə olubdur cümlə cahana,
Əlbəttə, aiddir arif olana.
Elmin şəhərinin təkdir qapısı,
Bu işin belədir təməl, yapısı...
Salam olsun Sənə ey Əhli-beyt,
Allahım bu yolu daha rəvan et (səh.6).
«Məad» (qayıdış yeri), «Namaz», «Oruc», «Zəkat», «Xüms», «Həcc», «Cihad», «Əmr-bə-məruf», «Nəhy-əz-münkər», «Təvəlli», «Təbərri», «Münacat», «Üsuli-iltimas» kimi böl­mə­lər­­də Zaur Ustac haqlı olaraq elm və əxlaqa bir-birini bağlayan motivlər kimi baxır. Şair yax­şı­lıq, düzlük, pislik, yalançılıq, ikiüzlülük və s. kimi mənfi və müsbət əxlaqi keyfiyyətlər haq­qın­da da geniş, qiymətli fikirlər söyləmiş və əxlaq tərbiyəsinin böyük bir sistemini yaratmışdır. Z.Ustac bu təsvirlərlə hər şeyi gözəl görmək istəyir və bunların da bərqərar olması üçün elmə, biliyə üs­tün­lük verir. Hamını savadlı, bilikli, xalq üçün gözəllik yaradan görmək istəyir. Buna görə də müəl­lif maarifpərvər şair kimi gözəlliyin əmələ gəlməsini elmə, biliyə yiyələnməkdə və ağılda gö­rür.
Həqiqi elmdən bir damla dadan,
Heç zaman dönməyib bu doğru yoldan (səh.7).
Yaxud:
Çevrəndə dostların dinsə elmdən,
Hər dəm dürr tökülsə əgər dilindən,
Nə xoş halımıza, bəxtəvərik biz,
Allahın dostların dost seçərik biz... (səh.11).
Dini-fəlsəfi baxışlarını real nəzərlərlə tərənnüm edən Z.Ustac qorxmazlıq, cəsurluq, iradə sa­­hibi olmaq, səxavətlilik, düzgünlük, “Mərifət kəsb et”mək, “Özünü bilməz insanlardan uzaq ol”maq, “kamal sahibləri ilə dost olmaq”, dostluq, sədaqətlilik, etibarlılıq, yoldaşlıq, “zülmə bo­yun əyməmək” və s. kimi əxlaqi keyfiyyətlərdən geniş bəhs edir və tərbiyənin məqsədini “ağıllı, müd­rik, kamil və əxlaqlı insan” yetişdirməkdə görür.
Cəlal sahibinə şərik qoşanlar,
Onun dostlarına pis yanaşanlar,
Əndazəni pozub, həddin aşanlar,
Yersiz körüklənib, coşub-daşanlar,
Belə adamlardan uzaq dolan, gəz,
Hədsizdən kimsəyə bir xeyir gəlməz... (səh.12).
Tərbiyə carçısı Zaur Ustac oxucusuna qızıla, vara arxalanmamağı, şahlar kimi dünya ma­lı­na, cəvahirata uymamağı məsləhət görür və insana öz əməyi ilə şöhrətlənməyi tövsiyə edir. Tər­biyəçi-şair şöhrət üçün dostbazlıq edənləri tənqid edir, çörək üçün, aş üçün əldən getmələrini, dar gündə uzaq qaçdıqlarını, tez dost olub, tez doyduqlarını, varın olarsa dost olduqlarını, yeyib qur­tardıqdan sonra atıb getdiklərini, dostun puluna göz tikdiklərini, yemək verəndə dostluq edən­lə­ri, verməyəndə isə düşmənçilik bəsləyənləri və s. birbəbir təhlil, şərh edərək üzünü ya­ra­da­na tu­tur:
Səndən istəmirəm nə şöhrət, nə şan,
Səndən istəmirəm beş günlük ad-san.
Var-dövlət, saraylar deyil şakərim,
Öz əlim, ayağım olsun nökərim...
Niyətim bəllidir, istəyim dəqiq,
Ustac heç istəməz nə altun, əqiq...
Mustafa oğlunun istəyi təkdir,
Zaurun arzusu dəqiqdir, yekdir...
Elmin qapıların üzümüzə aç,
O güllü bağçandan bir az ətir saç.
Ruhumuz məst olsun, olsa da anlıq,
Dili tərk etməsin bir an şükranlıq... (səh.14).
Z.Ustacın Dədə Qorquda üz tutaraq ondan mədəd ummasını xüsusi qeyd etmək istərdik. Şairin yaradıcılığında Dədə Qorqudun əxlaqi dəyərlərə yanaşması, xalqımızın milli xü­su­siy­yət­lə­ri­ni öyməsi, vətənin – ananın müqəddəsliyi, ailəyə və dosta sədaqət, namus və is­mə­tin to­­xu­nul­maz­lığı, qopuza, saza yüksək ehtiram və s. öz əksini tapır. Görürük ki, şairin ya­ra­dı­cı­lı­ğında bə­şə­ri dəyərlər, əxlaqi keyfiyyətlər hər şeydən öndə gəlir.
Sinəmdə Qopuzum yoxdu, neyləyim,
Simlərə toxunub mədət umardım...
Dədəm Qorqud ruhu, kömək ol mənə,
Qopuzun namına, sazın xətrinə...
Ərlərə ad verib, san saylamısan,
Boylara yol verib, boy boylamısan...
Kamanın xətrinə, oxun xətrinə,
Əslində var olan yoxun xətrinə (səh.15).
Şair Zaur Ustac Xətaini görkəmli şəxsiyyətlərin mütərəqqi ənənələrinin nəticəsi kimi qiy­mət­ləndirirsə, İmadəddin Nəsimini də xalqının dini etiqadlarını yaşadan ulu insan kimi tə­rən­nüm edir. Sanki Şamaxının hər döngəsində, tinində Nəsiminin ayaq izləri və ruhu yaşamaqdadır. Şair, həm­çinin, Şamaxını şairlər eli, təbiblər yurdu kimi tərənnüm edir. Poetik dil­lə deyir ki, Əf­zə­ləd­din Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mə­həm­məd Hadi kimi görkəmli şair və maarifçilər təkcə Azərbaycanın deyil, bütün Yaxın və uzaq Şər­qin mütəfəkkirləri olmuşlar.
Şairlər şəhəri, təbiblər eli,
Yurda çıraq tutan ülama əli...
Nə qədər alimi, sənətkarı var,
Şamaxı həmişə olub ziyadar...
Əfzələddin Xaqanisi bir düha,
İmadəddin Nəsimidən yox daha,
Seyid Əzim Şirvanidir tək ancaq,
Kim nə bilir, bir də Sabir olacaq?
Abbas Səhət, ya da Hadi bu yerdə,
Könüllərin fatehidir zirvədə... (səh.16).
Şair bəhs edilən subyektin (Əlişin) mənəvi təmizlik, əxlaqi saflıq kimi keyfiyyətlərini ön planda göstərir, digər müsbət cəhətləri də bu prizmadan oxucusuna göstərməyə çalışır. Poemanın I fəslində oxuyuruq ki, bahar bayramından bir ay keçmişdi ki, Sübhan kişinin ocağına böyük şadlıq üz verir. Oğul atası olan Sübhan kişinin sevincinin həddi-hüdudu yoxdur. Körpəni gö­rən­lə­rin hamısı bir ağızdan “Əli (ə.) köməyi olsun” deyərək öz xeyir-dualarını verir. Atası da uşa­ğa Əliş adını verir. Şair burada həm də Sübhan kişini mahir tərbiyəçi və səxavətli biri kimi təqdim edir. Göstərilir ki, Əliş sanki anbaan, saatbasaat, günbəgün böyüyür, “pərvaz” edir. Əliş məntiqi, he­sabı və digər fənləri mükəmməl öyrənsə də, elmini, biliyini daha da təkmilləşdirmək istəyir. Bu minvalla Təbrizə, İraqa, Dəməşqə, Bağdada gedir. Çünki Əliş memar olmaq istəyir.
Onu düşündürən bircə amaldı,
Qurub yaratmaqdı əzmi, amalı.
Məqsədi bir idi - memar olmalı.
Qəlbində niyyəti, dilində Allah,
Amalı yolunda etdi Bismillah (səh.18).
Poemanın bir gözəlliyi də ondadır ki, müəllif təsvir etdiyi hadisələrə, söylədiyi fikirlərə öz daxili hisslərini hopdurmağı bacarır. Göstərir ki, Əliş artıq 44 yaşına çatıb. İstedadının şöhrəti Moskva Knyazına qədər gedib çatmışdır. Knyaz ilk olaraq daşdan imarət qurdurmaq üçün el­çi­lə­ri­ni Şirvanşah Şeyx İbrahimin üstünə göndərib ondan izin istəyir. Şirvanşah Şeyx İbrahimin tə­rəd­düd içində qaldığını görən Kərəmli Şeyx İbrahim Əliş təklifi dəyərləndirməyi xahiş edir və sonda Əlişin getməsinə razılıq verilir. İmarətin (“Kərəmli Qalası”nın və ya Kremlin) tikilərək ba­şa çatması müqaviləsini dörd ilə imzalasalar da, üç il üzərində tamamlanmasına çalışan Əlişin qa­­lacağı mənzil Annanın evi olacaqdı. Əlişin zil qara saçları, şəvə bığ-saqqalı, boy-buxunu, xoş­hal, gülərüz sifəti Annanı sanki məst edir.
Zil qara saçları, şəvə bığ-saqqal,
Boy-buxun yerində, sifəti xoşhal.
Zirəklik, çeviklik işdə məharət,
Annanı büsbütün eyləmişdi məst...
Aşkarda, gizlində olmuşdu kölgə,
Zirəklik, çeviklik işdə məharət (səh.25).
Artıq memar Əliş imarəti tamamlamışdır. Ancaq Knyazın içinə şübhələr toxumu sə­pil­miş­dir. Ona görə ki, Əliş belə bir bənzəri olmayan imarətdən bir başqasını da tikə bilər. Son qə­ra­ra gəlir ki, Əlişin başı bədənindən ayrılmalıdır.
Şübhə toxumları düşdü qəlbinə,
Qorxdu tay tikilə onun “Kreml”inə...
Düşünüb, daşınıb verdi qərarı,
Dedi: – “Sabah yola salaq memarı”.
Tapşırdı bir gözəl məclis qurulsun,
Sonunda memarın boynu vurulsun... (səh.26).
Z.Ustac Memar Əlişin faciə dolu ölümünü və Annanın dəlilik dərəcəsinə çatdığını və son­da ölümünü çox mahir qələm fırçasıyla gözəl təsvir edir. Faciə dolu mənzərini belə mə­na­lan­dı­­rır:
Anna saçın yolub verdi yellərə,
Getdi ibadətə qürbət ellərə...
Məzarı başına gələrək hərdən,
Hədiyyə gətirdi güldən, çiçəkdən...
Uzun zaman oldu çəkdilər həsrət,
Bir-birin duymayıb etdilər söhbət...
Vüsal da var imiş demə qismətdə,
Bir gün anlaşdılar qəfil söhbətdə...
Hər dəfə Annaya yazıq deyənlər,
Cansız bədənini yolda gördülər... (səh.29).
Zaur Ustacın yaradıcılıq uğurlarından biri də Əliş və Annanı ölümsüzləşdirməsidir. Yəni başqa bir aləmin varlığına çevirməsidir. Əlişin başına gələn faciələr və Annanın uzun müddət çəkən iz­­tirabları, nəhayət, sona çatır, onların ruhları azad-sərbəst olduqdan sonra qovuşurlar. Bu axirət səadətini – həyatın davam etməsini şair özünəməxsus bir poetik dillə oxucusuna çatdırır. Qəmli hekayəni nikbin və ya optimist sonluqla bitirir. Qəhrəmanlar sadəcə sözün əsl mənasında dünyalarını dəyişirlər, həyat isə davam edir:
İndi həmin yerdə hər il qumrular,
İyunda, iyulda nəğmə oxurlar... (səh.29).
Kövrək bir əhvalat haqqında Zaur Ustacın hekayəsi oxucuya dərin təsir bağışlayır. Bu real hadisədə həyat qanununa çevrilən məhəbbətin, eşqin aydın təcəssümü verilmişdir. Yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq, hikmət dolu sözlər və s. yüksək sosial-əxlaqi məzmunlu mə­sə­lə­­lərin də poemaya daxil edilməsi məqsədəmüvafiqdir.
Z.Ustac “Əliş və Anna” adlı tarixi poemasında qeyd etdiyimiz kimi, ümumiləşdirmələri ruh yüksəkliyilə aparmışdır. Çünki keçmişə baxaraq tariximizi öyrənmək hər bir vətəndaşın bor­cu­dur. Sürücü irəliyə hərəkət etmək üçün avtomobilin yan güzgüsüdən arxaya baxmalı olduğu ki­mi, millət də inkişaf etmək, bəşər mədəniyyətinə töhfələr vermək, imzasını imzalar içində gör­mək üçün öz keçmişini, soykökünü öyrənmək, tarixini bilmək məcburiyyətindədir. Bunsuz tə­şək­kül, inkişaf və tərəqqi yoxdur. Zaur Ustac da bu tarixi əsəri yazmaqla öz keçmişinə, soy­kö­kü­nə sadiqliyini bir daha sübut etmişdir.
Ümumiyyətlə, Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiy­mət­lən­dirməyi bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı var.

 



Kamal CAMALOV,

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü
=========================================================================================



”GÜLÜNÜN ŞEİRLƏRİ” – SEHİRLİ KİTAB

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.

Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.


Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

=============================================================================================



“GÜLÜNÜN ŞEİRLƏRİ”
Zaur Ustacın şeirləri barəsində düşündüklərim
Yaxın günlərin söhbətidir, imzasını tanıdığım, yazılarını mətbuatda, o cümlədən "Ədalət” qəzetində oxuduğum Zaur Ustacın kitablarını həmkarım şair Qələndər Xaçınçaylı mənə verib tanış olmağımı istədi. Onsuz da az qala hər gün yeni kitab almağa, yeni imzayla tanış olmağa adət etdiyimdən kitabları heç bir təəccübsüz və tərəddüdsüz qəbul etdim. Özünəməxsus adam olan Qələndər Xaçınçaylı sözarası onu da vurğuladı ki, Zaur yerlimizdi və onun da qohumudu.
Təbii ki, mən yerliliyə də, qohumluğa da laqeyd deyiləm. Amma dəyərli sözün dəyərini də bilməyi, onu oxucu olaraq qiymətləndirməyi də az-çox bacarıram. Ona görə də şair Qələndər Xaçınçaylının təqdimatı mənə kitab barəsində bilgi verməkdən daha çox müəllifi tanıtmaq təsiri bağışladı. Və mən də elə onun yanında sallofan kisədə olan kitabları çıxardım və düzdüm yazı masamın üstünə.
Kitablar müxtəlif mövzuları əhatə edir. Onlardan biri Milli Qəhrəman Mübariz İbrahimov haqqında povestdi, digəri məşhur Şamaxılı rəssam barəsində poemadı, üçüncüsü isə "Gülünün şeirləri”di. Nədənsə "Gülünün şeirləri” daha çox məni özünə çəkdi. Ola bilsin ki, bu öncə kitabın sadə tərtibatının yatardığı ovqat idi və yaxud da kitabın balacalara- uşaqlara ünvanlanmasının təsiri burda güclü rol oynadı. Çünki mən bu ildən ibtidai sinfin hazırlıq mərhələsini başlayan nəvəm Nigar üçün bu cür kitabları toplamaqda maraqlıyam. Və...
Zaur Ustacın "Gülünün şeirləri”kitabı müəllifin özünün də qeyd etdiyi kimi, əlavə tədris vəsaitidi. Zaur Ustac kitabın ilk səhifəsində vurğulıayır ki, "əsasən orta məktəb-liseylərin birinci sinifləri üçün sinifdən xaric oxu vəsaiti kimi nəzərdə tutulduğundan şeir və tapmacaların düzülüşü hərf və rəqəmlərin proqramla keçirilmə ardıcıllığına uyğun gəlir”.
Bəli, həqiqətən də kitabın məsləhətçiləri Bakı şəhərindəki məktəblərin tanınmış orta ibtidai sinif müəllimləri olduğundan mən şeirləri və tapmacaları oxuyanda onların azyaşlılar üçün maraq doğuracağına şübhə etmədim. Məsələn, "A” ilə bağlaı Zaur Ustac yazır:
 
A ilə Ana deyə
Aləmə səs salırıq.
Azərbaycan sözünə
A ilə başlayırıq.
 
Ata, ana tək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.
 
Bu şeirdə A hərfi ilə başlı səslənən fikirlər, edilən təqdimatlar uşaq üçün də anlaşılandı, həm də maraqlıdı. Məsələn, G hərfi ilə bağlı:
 
Hər Günəşin doğması
Yeni günü başlayır.
Günəş qürub edəndə
Demək, gün başa çatır.
 
Günəş özü möcüzə
Sirr dolu varlığıyla
"Bir gün” isə mesajdır
Dünyaya, insanlığa.
 
 
Mən bu kitabdakı bütün hərflərlə bağlı şair, yəni Zaur Ustac fikirlərini geniş şərh etmirəm. Çünki onun şərhi hər bir oxucunun öz üzərinə düşür. Daha doğrusu, onları necə qəbul edəcəyindən asılıdır. Elə bu kitaba görə müəllifi təbrik etməklə ona və oxuculara uğurlar diləyirəm. Düşünürəm ki, kitab azyaşlıları sevindirəcək.




Əbülfət Mədətoğlu
Şair - publisist.



===============================================================================================



“Əliş və Anna” kitabı bizi 700 il bundan əvvə apardı
 
Söz hikmətdir, Tanrının yaratdığı gözə görünməyən bir varlıqdır. O varlığı hər adam görüb, onu dərk edə bilmir. Söz də Quran kimi müqəddəs, bayraq kimi ucadır. Sözün ucalığını söz sahibləri, sözdən qala tikənlər, çələng hörənlər bilər. Söz əsl yazarların, söz ustadlarının əlində mum kimi mütəhərrik bir şeydir.
Hansı yana, hansı mərtəbəyə istəsə, onu o istəqamətə yönəldə bilər. Sözlə tarixi keçmişimizi, vətən-torpaq yolunda canlarından keçən igid oğuların əfsanəvi qəhrəmanlığını, eləcə də gözəl sənət adamlarını qələmə alır, sözlə tarixə çevirib onu yaşadır. Bədii obrazlarla onu nağıllaşdırır... Bu tarixi qəhrəmanlar, tarixi şəxsiyyətlər poetik dillə gəlıcək nəsilərə çatdırılır. Tanınmış şair və publisist Zaur Ustac da məhz söz qədrini bilən ziyalılarımızdan. Söz sahiblərindən biridir. Onu qısa vaxtlarda tanısam da, amma yaradıcılığına çöxdan bələdəm. Zaur Ustacın özünə məxsus poetik düşüncəsi, yaradıcılığı var. Nənələrimiz milli ənənəllərimizi ilmə-ilmə xalçalarda toxuduğu kimi, şairlərimiz də hər bir sözü ilmə edib öz gözəl əsərlərini yazıb ortaya qoyurlar. Zaurun bir şair kimi digərlərindən fərqləndirən cəhət onun sözə qənaətlə yanaşmasıdır. Vətənə, torpağa olan hədsiz məhəbbətini sözə, poetik obraza çevirib qələmə almasıdır. O ən çox tarixi hadisələrə müraciət edir. Onun 18 kitabı nəşr olunub. Əsərləri Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yollarından və Qarabağ ağrılarından bəhs edir. Eləcə də Azərbaycanın tanınmış tarixi şəxsiyyətlərinin, incəsənət adamlarının və memarlarının keçdiyi həyat yolunu bədii obraza çevirib sadə dillə oxuculara çatdıra bilir.
Qeyd edim ki, təzəcə işıq üzü görmüş ”Əliş və Anna” poeması da şairin 19-cu kitabıdır. Xatırladım ki, adıçəkilən kitab görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınıb. Kitab yubley tədbirləri çərçivəsində nəşr olunub. Qısa şəkildə desək, bu kitab memarın keçdiyi həyat yolundan, Moskvanın, Kremilin tikintisindən və eləcə də Əliş bəylə Annanın arasında mövcud olmuş nakam məhəbbətindən bəhs edir.9 fəsildən ibarət olan bu kitab iki dildə Azərbaycan və fars dilərində çap olunub. Bu əsər tamamilə klasik fikirlərə, Ulu Yaradanın böyüklüyünə, Insani dəyərlərə söykənir. Bir memarın əl işləri, yaratdığı Kreml kimi böyük bir sənət əsəri poemada geniş yer alır. Memar Əliş bəy bir Azərbaycanlı balasının böyük sənətkarlığından, yüksək memarlığından xəbər verir. Əsərdə Əliş bəylə Annanın saf məhəbbəti. onların nakam sevgiləri ustalıqla qələmə alınıb. Bu əsərdə sevginin böyüklüyü, heyrətəmizliyi, sevgi müqəddəsliyi Tanrı zirvəsinə qədər yüksəlir. Elə şairin yaradıcılığındakı üstün cəhət, böyüklük ondadır ki, dahi Nizaminin, Füzulinin, Xətainin yaradıcılığından bəhrələnməklə böyük bir sənət yolu keçməsidir, bir sözlə çağdaş ədəbiyyatımızın memarına çevrilməsidir. Bir müqqəddəs şəxsiyyət. söz adamı kimi onlara daim sitayiş edib, sözün böyüklüyü qarşısında baş əyir, ən əsası odur ki, müqəddəsliyi qoruyub saxlaya bilib. İnanıram ki, bu kitab neçə-neçə oxucunun qəlbinə yol tapacaq.
Yeri gəlmişkən qeyd edim ki, Zaur Ustac həm də xeyriyyəçiliklə məşğul olur. Ona görə də Zaur Ustac bu il Milli Qəhrəman Mübariz İbrahimovun 30 yaşı tamam olması ilə əlaqədar fevral ayında “Mübariz” anım-tanıtım xeyriyyə tədbirləri çərçivəsində biri cəbhə bölgəsində, biri rayon mərkəzlərinin birində, digəri isə paytaxtın tanınmış məktəblərinin birində olmaqla- 3 məktəbdə tədbirlər keçirəcək. Tədbirlər çərçivəsində Zaur Ustacın bizi Qarabağa səsləyən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yolundan yazdığı “Oriyentir ulduzu” kitabının 5-ci nəşrin əsasında təkrarən nəşr olunmuş kitabı şagirdlərə. tədbir iştirakçılarına və həmin məktəblərin kitabxanasına hədiyyə ediləcək.


 
Qələndər Xaçınçaylı
Şair - publisist, araşdırmaçı-jurnalist





============================================================================================================
 



BİZİ QARABAĞA SƏSLƏYƏN KİTAB

(Zaur Ustacın "Oriyentir Ulduzu" kitabı haqqında)
Zaur Ustac imzası daxil olduğu ədəbi nəslin digər nümayəndələri arasında bütün parametrlərinə görə seçilir. Yazarı qiyabi şəkildə əvvəllər oxuduğum “Məhdud həyatın məchul düşüncələri”, “Qəlbimin açıqcası” və digər şeir kitablarından maraqlı, özünəməxsus dəst-xətti, üslubu, ifadə forması, zəngin və rəngarəng dili olan bir qələm adamı kimi çoxdan tanıyırdım. 

Bu yaxınlarda – fevral ayında “Mübariz-31” anım-tanıtım tədbirləri çərçivəsində onun “Oriyentir ulduzu” kitabı ilə tanış oldum. Haqqında söhbət açacağım uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş povest sözün əsl mənasında müəllifin kimliyini tam ortaya qoyur. “Oriyentir ulduzu” öncə Zaur Ustacın özünü tanıdır, onun kim olduğunu nişan verir. Kitab haqqında təfsilata keçməzdən əvvəl bildirmək istəyirəm ki, hər söz, hər cümlə müəllifin milli kimliyindən, geniş spektirli biliyindən, dərin və zəngin dünya görüşündən, peşəkar hərbçiliyindən, yenilikçi müəllimliyindən, vətənpərvərliyindən xəbər verir. 




Təhlilə əsərin adından başlayaq. Zaur Ustacın əsasən məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutub qələmə aldığı və elektron variantda bütün kitabxanalarda olmasına rəğmən dəfələrlə təkrar nəşr olunmuş bu kitabın adı elə seçilib ki, kitabı təşkil edən dörd fəsil olmadan belə, “Mübariz səmada bir oriyentir ulduzu kimi parlayaraq bizə doğru yolu, getməli olduğumuz səmti göstərir…” yazılsa idi, yenə ad kimi seçildiyi povestin məzmununu, qayəsini bizə çatdırmaq iqtidarında olardı. 

Kitab iki hissədən ibarətdir: birinci – bədii hissə; ikinci – praktik hissə.

Müəllif bədii hissədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun son iki döyüş günündən bəhs edir. Bu hissədə iki əsas məsələ diqqətimi cəlb etdi. Birinci, müəllif hadisələri elə yüksək dəqiqliklə təqdim edir ki, onun peşəkar hərbçiliyi özünü göstərir. İkinci məsələ Zaur Ustacın təhkiyyəsi o qədər inandırıcıdır ki, kitaba başlayan kimi səni alıb götürür, özünü bir anın içərisində döyüşün ortasında hiss edirsən, povesti nə vaxt oxuyub qutardığının fərqinə varmırsan və o andaca ağlına ilk fikir gəlir: müəllif qəhrəmanın yanında olubmu, görəsən… Sanki yazar qəhrəmanla bir yerdə olub və bütün gördüklərini qələmə alıb. Əsgərlərin Seyid deyə çağırdığı Mübarizin xidmət etdiyi postun həyat şəraitindən tutmuş, döyüş səhnələrinin təsvirinə qədər hər şey mükəmməldir. Nəhayət, bu kiçicik povestdə ədəbiyyatın nəhəng hadisəsi – ədəbiyyatda agah olma – məsələsi baş verir. Məlum olduğu kimi, Zaur Ustac “Oriyentir ulduzu” povestini 2011-ci ilin fevral ayında qələmə alıb və həmn vaxtdan həm ənənəvi qaydada, həm də elektron qaydada nəşr olunaraq yayılmağa başlayıb. Müəllifin qeyd olunan tarixdə bir yol göstərən səmt ulduzu kimi Tərtər – Göranboy təmas xəttində Talış yüksəkliyi üzərində səmaya qaldırıb, burada sizləri gözləyirəm, vətən oğulları – deyə səslədiyi şanlı Azərbaycan Ordusunun mərd, qorxubilməz əsgərləri 2016-cı ilin Aprel döyüşlərində məhz həmin istiqamətdə öz sözlərini dedilər. Mübariz hələ də orada bizləri gözləyir. Biz inanırıq ki, nəfərləri neçə-neçə hələ tanınmamış Mübariz kimi qəhrəman oğullardan ibarət olan Azərbaycan Ordusu cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu misiyanı uğurla yerinə yetirəcək və o dağlarda Mübariz kimi bizi gözləyən neçə-neçə igidlərimizin ruhu dincliyə qovuşacaq. Zaur Ustacın şəhid olmuş əsgəri göylərə uçurtması həm qədim türk inancını – ölməyi, uçmaq kimi hərfi mənada təqdim edir, həm də dərin dini-fəlsəfi mənada ölümün heç də son olmadığını, yeni bir həyatın başlanğıcı olduğunu, bu hadisə baş verən zaman insanın sanki artıq əziyyətdən – ağır bir bədəni – cismi daşmaqdan azad olduğunu, – “O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bayaq bir səkinin əlində aciz qalan adam deyildi” – həyatın daha da asanlaşdığını, insanın yüngülləşdiyini, bir mərtəbə daha kamil olduğunu öz gənc oxucularına – formalaşmaqda olan vətəndaşlara, şəxsiyyətlərə çatdırır. Əlbəttə, bədii hissə barədə hələ kifayət qədər söhbəti davam etdirmək olardı. Ancaq bəzi əsas məqamları sizə çatdırdıqdan sonra praktik hissəyə keçmək istəyirəm.



“Çalışmalar” adlanan bu bölmə demək olar ki, povestin özü qədər önəmli olub, bədii hissənin tam açılmasına oxucu, şagird tərəfindən məqsədin, qayənin tam mənimsənilməsinə xidmət edir. Bədii hissədə qaldırılan bütün milli və vətənpərvərlik məsələləri praktiki çalışmalar vasitəsi ilə açılır.

Kitabın bu formatda tərtib olunması və sinifdənxaric oxu vəsaiti kimi təqdim olunması müəllifin peşəkar hərbçi, yazar olduğu qədər də öz işini dəqiq bilən, usta bir müəllim-pedaqoq olduğundan xəbər verir.

Zaur Ustaca yeni-yeni yaradıcılıq uğurları arzu edir. Gələcəkdə hər biri bu günümüzü andıran bir səlnaməyə dönəcək yeni əsərlər gözləyirik.


Afət MÜRŞÜDQIZI (XƏLİLOVA),
Respublikanın Əməkdar müəllimi,
Bakı şəhəri, Nizami rayonu, 201 №-li məktəb


========================================================================================





MÜBARİZƏ  LAYİQ  POVEST

(Zaur Ustacın ”Oriyentir ulduzu” povesti haqqına)
Şair Zaur Ustacı nə müddətdir ki, şair kimi tanıyir və yaradıcılığını izləyirəm.Lakin son vaxtlar onun ”Oriyentir ulduzu” adlı povestinə gec də olsa rast gəldim (Povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım.
Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin drammatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s… oxucuya həcmli əsər təsiri bağışlayır.
Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lkin yazıçı hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır.Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc Vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə-əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; ”Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar.Lap dəli oluram. Ya Allah, sən özün səbr ver !”.
Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s… olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mıvqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır.
Mübariz qarşısına məqqsəd qoymuşdur; Düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.
Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə adlaması ilə davam edir. Gücü və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.
Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; ”Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb ”5” verərdilər. İndi bu yolla onları ”yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?
Yoxlamaya bizim Mübariz gedirdi, ”Mübariz”
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)
Zirvədə yurd salan qartallar kimi
Səngərdə düşməni izləyirdi o.
Qəlbinə yığmışdı qəzəbi, kini.
Vulkan püskürməsi gözləyirdi o.
Hələ iyirmi iki yaşı var idi,
Hələ iyirmi iki bahar görmüşdü.
Hələ qəlbində eşq körpə bar idi,
Həm də bu yaşda o, nələr görmüşdü.
Onun qan yaddaşı haray salaraq
Bütöv bir tarixi deyirdi ona.
Yurda ”qonaq” gələn erməni alçaq 
İndi sahib çıxıb Qarabağıma.
Qəzəbi sıyrılıb çıxdı qınından,.
Düşmən sədlərini yardı Mübarız.
Xətai imanı axdı qanında,
Önünə çıxanı qırdı Mübariz.
Bir can minə qarşı -budur möcüzə
Qaya fırtınayla çarpşdı o gün.
Dünya heyran qaldı bu eşqə, gücə.
Rembolar ekrandan yığışdı o gün.
Şəhid zirvəsində haqqa sığınıb, 
Vətəni qürurla süzdü Mübariz.
Bütövlük hayqıran bayrağa dönüb,
El-el, oba-oba gəzdi Mübariz.
Ey Milli Qəhrəman, alqış bu ada
Adına yaraşır bu fəxri adın.
Mübariz adını atan qoysa da,
Qəhrəman adını özün qazandın.
Yurdun bütövlüyü dinin imanın
Gec-gec yox olacaq bu duman bu çən.
İndidən görürəm, ey qəhrəmanım
Şuşada ucalan heykəlini mən.

Mübariz ”məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.
Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.
Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da yazıçının diqqətinə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.
Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s…
Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.


Tofiq QƏBUL
Pedaqoq - şair.
24.04.2019. Naxçıvan.






==========================================================================================




ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:
 
1. Hacıxanım AİDA    "ÖMRÜN ANLARI "  Bakı - 2018. PDF: HXA-OMURAN
2.Hacıxanım AİDA    "OTUZ ŞEİR, OTUZ FİKİR "  Bakı - 2018. PDF: HXA-OTUZFİKİR      

 YAZARLAR.AZ    


===================================================================



 



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol