"Tanınmış şair-publisist Zaur Ustacın layihə rəhbəri və eyni zamanda baş redaktoru olduğu “İldırım Əkbəroğlu” seçmə şeirlərdən ibarət yeni almanax nəşr olunub. Kitab “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində ərsəyə gəlib."